Yeni Zelandiyanın Şimal adasının cənub-şərq sahillərində 50-yə yaxın qara delfin (qrinda) sahilə çıxaraq quruya düşüb. Heyvanların əksəriyyəti tələf olub.
Bu barədə Yeni Zelandiyanın Radio New Zealand (RNZ) radiostansiyası məlumat yayıb.
Məlumata görə, qrindalar səhər saatlarında sahildə aşkarlanıb. Xilasedicilər iki heyvanı yenidən dənizə qaytara bilsələr də, onların da həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

