Noyabrın 7-də Azərbaycanın bir sıra bölgələrində güclü külək əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.
Məlumata görə, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə qərb küləyinin sürəti 20,8–28,4 m/s-dək güclənəcək.
Sarı xəbərdarlıq isə Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdəni əhatə edəcək.
Bu ərazilərdə qərb küləyinin sürətinin 13,9–20,7 m/s olacağı gözlənilir.

