Futbol üzrə Azərbaycan Misli Premyer Liqasının XI turunda “Neftçi” “Kəpəz”ə qalib gəlib.
“Palms Sports Arena”da keçirilən qarşılaşma Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.
Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Kəpəz” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

