Türkiyənin tanınmış ssenaristi Güliz Kucur 61 yaşında vəfat edib.
“Yabancı Damat”, “Aliye”, “Süper Baba”, “Deli Yürek”, “Aynalı Tahir” və “İkinci Bahar” kimi məşhur serialların ssenarilərinin hazırlanmasında iştirak edən sənətçinin ölümü Türkiyənin televiziya aləmində böyük kədərə səbəb olub.

Heyvanlara sevgisi ilə də tanınan ssenarist noyabrın 7-də son mənzilə yola salınacaq.

