Susuzlaşma (dehidratasiya) qanın qatılaşmasına səbəb ola bilər.
Tibb elmləri namizədi Roman Xromov bu barədə Lenta.ru nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, qanın qatılaşması ilə tromboz eyni anlayış deyil. Baş ağrısı, yorğunluq və ətrafların soyuq olması çox vaxt qanın qatılaşmasının əlaməti kimi qiymətləndirilsə də, bu simptomlar müxtəlif xəstəliklərlə əlaqəli ola bilər.

Xromov qanın qatılaşmasının digər səbəbi kimi eritrositlərin həddindən artıq istehsalını göstərib. Bu vəziyyət eritrositoz adlanır.
Baş ağrısı və görmə pozğunluğu ilə yanaşı, selikli qişalarda qanaxma və ya təkrarlanan burun qanamaları qanın yüksək özlülüyü sindromunun əlaməti ola bilər.
Mütəxəssis belə hallarda həkimə müraciət etməyi tövsiyə edib.

