ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə yanaşı, bütün Avropanı da əhatə edə biləcək genişmiqyaslı sülh sazişinin hazırlanacağını açıqlayıb.
Dövlət başçısı bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Razılaşma əldə olunacaq. Bu, böyük bir saziş olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyərdim ki, bütün Avropanı da əhatə edə bilər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti razılaşmanın nəticələri ilə bağlı nikbin olduğunu ifadə edib.
“Bu, möhtəşəm bir saziş olacaq və hər kəs bundan məmnun qalacaq”, – deyə o vurğulayıb.
Ukraynada müharibənin nə vaxt başa çatacağı ilə bağlı suala cavab verən Tramp “Düşünürəm ki, biz bu müharibəyə kifayət qədər yaxın zamanda son qoyacağıq”, – söyləyib.

