ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ölüm hökmünə məhkum edilmiş 548 nəfərin cəzasını şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbslə əvəzləyib.
Bloomberg-in məlumatına görə, bu, yanvar ayında vəzifəsini Xavyer Beserraya təhvil verəcək qubernatorun son qərarlarından biridir.
Ölüm hökmünü mənəvi baxımdan qəbuledilməz adlandıran Nyusom dövlət tərəfindən həyata keçirilən edamların Kaliforniyanın dəyərlərinə zidd olduğunu və hüquq sisteminin əsaslarını sarsıtdığını bildirib.
ABŞ-də ölüm hökmünə məhkum edilənlərin təxminən dörddə biri Kaliforniyanın payına düşür. Ştatda sonuncu edam 20 il əvvəl həyata keçirilib.
Nyusom hələ 2019-cu ildə ölüm hökmlərinin icrasına moratorium qoyub.
Qubernator qərarının ölüm hökmünü dəstəkləyən seçicilərin mövqeyi ilə ziddiyyət təşkil etdiyini etiraf edib. Məsələyə Kaliforniya Ali Məhkəməsində baxılması da istisna olunmur.

