Göyçay şəhərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə şəhər ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-2106” və “Ford” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Əkbər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib. Hadisə zamanı hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

