ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin olunacağını açıqlayıb.
Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Ən yaxın müşavirlərimdən biri olan və hazırda Ağ Evin aparat rəhbərinin müavini vəzifəsini tutan Stiven Millerin yeni aparat rəhbəri olacağını elan etməkdən məmnunam”, – deyə ABŞ Prezidenti bildirib.
Millerin noyabrın 9-da yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Hazırkı aparat rəhbəri Syuzi Uayls isə Trampın siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında işini davam etdirəcək.
Qeyd edək ki, hələ oktyabrın ortalarında Ağ Ev administrasiyası aparat rəhbərinin dəyişdiriləcəyi barədə iddiaları qəti şəkildə təkzib etmişdi.

