Noyabrın 6-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Technologies” şirkətinin yüksək vəzifəli rəhbəri Anant Maheşvari ilə görüşüb.
Görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi, rəqəmsal transformasiya, avtomatlaşdırma və dayanıqlılıq məsələləri müzakirə olunub.
SOCAR-ın əməliyyatların rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Tərəflər, həmçinin enerji keçidi və əməliyyat təhlükəsizliyi sahələrində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində SOCAR tarixində ilk dəfə “Honeywell Technologies” ilə Qlobal Çərçivə Sazişi imzalanıb.
Saziş SOCAR-ın ölkədaxili və beynəlxalq aktivlərini əhatə edir, proqram təminatı və texnoloji həllər də daxil olmaqla, məhsul və xidmətlərin gələcək təchizatı üzrə əməkdaşlığın əsaslarını müəyyənləşdirir.




