Ağstafa rayonunda bir ailənin üç üzvü qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Kənd sakinləri, 1964-cü il təvəllüdlü M. Mahmudov, 1971-ci il təvəllüdlü N. Mahmudova və 1995-ci il təvəllüdlü M. Mahmudov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən verilən məlumata görə, ailə üzvləri noyabrın 6-da saat 13:10-da qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya gətiriliblər. Onlara zəruri tibbi yardım göstərilib.
Hazırda müalicələri davam etdirilir. Xəstələrdən birinin vəziyyəti orta ağır, digər ikisinin isə stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

