Bakı–Balakən–Bakı istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində Qax–Balakən dəmir yolu sahəsində infrastruktur zədələnib.
Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.
Avqustun 1-dən 13-dək bu marşrut üzrə səfər üçün bilet alan sərnişinlərə ödəniş tam şəkildə geri qaytarılacaq.
Qatarların hərəkətinin nə vaxt bərpa olunacağı ilə bağlı əlavə məlumatın daha sonra veriləcəyi bildirilib.

