Nabran çimərliyində antisanitar vəziyyət höküm sürür.
Uzun müddətdir aradan qaldırılmayan problem həm yerli sakinlərin həm də , istirahətə gələn qonaqların haqlı narazılığına səbəb olub...
Denmedia.az- ın Şimal birosu xəbər verirki, çimərlik ərazisində plastik şüşə qablardan tutmuş selefon torbalara kimi rast gəlmək mümkündür.. Ətrafda qalaq-qalaq yığılan zibillər istirahətə gələn turistlər üçün maneə yaradıb. Belə antisanitar vəziyyət insanların sağlamlığına, ətraf mühitə və turizimə ciddi mənfi təsir göstərir .
Məsələ ilə bağlı Denmedia.az komandası olaraq Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Budaq Əliyevlə telefon əIaqəsi yaratdıq İcra Nümayəndəsi biıdirdiki, sözügüdən çimərliyində təmizlik işləri mütəmadi olaraq aparılır , lakin hər gün nümayəndəliyin ərazidə təmizlik işləri aparmaq üçün əmək resruslarının qeyri məhduddur. İşçi çatışmazlığı var. Məhz buna görə də ərazi o vəziyyətdədir.











Nüşabə Baxşıyeva

