Bu barədə "Den.az"-ın yerli birosuna Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Beləki, Xaçmaz rayonunda abadlıq-quruculuq işləri davam etdirilir. Rayonda irimiqyaslı layihələr icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır.
Görülən işlərin davamı olaraq Xudat-Nabran yolunun üzərində müasirliyi özündə əks etdirən kompozisiya yaradılır. Turizm marşrutunun üzərində yerləşən yeni kompozisiya yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayacaq.
Abadlıq-quruculuq işləri çərçivəsində Xudat şəhəri, Heydər Əliyev prospektində piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilərin yenidən qurulması barədə qərar qəbul edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verib. Elnur Rzayev həmçinin yerli sakinlərlə həmsöhbət olub, küçə və prospektlərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı təklifləri dinləyib.
Nüşabə Baxşıyeva
Den.az
Xudat-Nabran yolunun üzərində müasirliyi simvolizə edən kompozisiya yaradılır-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.