Azərbaycanda sosial şəbəkələrdə dindar insanların şərəf və ləyaqətini alçaldan məzmunlar paylaşmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 1979-cu il təvəllüdlü, sosial şəbəkələrdə Üzeyir Abbas adı ilə paylaşımlar edən şəxs barəsində prosessual tədbirlər həyata keçirilir.
Bildirilib ki, o, uzun müddət ərzində dini kitablar və inanclar barədə təhqiramiz paylaşımlar edib, xüsusilə hicablı qadınları və dindar insanları hədəf alan ifadələr işlədib. Bu paylaşımlar cəmiyyətdə geniş narazılığa səbəb olub.
Həmin şəxs sosial şəbəkələrdə özünü yazıçı və publisist kimi təqdim edib.
Hazırda faktla bağlı araşdırma davam edir, zəruri prosessual tədbirlər görülür.

