2026-cı il mayın 1-dən etibarən 11 030 vətəndaşa dəfn üçün birdəfəlik müavinət təyin edilib.
Dövlət Sosial Müdafiə Fondu Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin tarixdən müavinətin təyin edilməsi proaktiv qaydada həyata keçirilir.
Hazırda dəfn üçün birdəfəlik müavinətin rəsmiləşdirilməsi prosesi tamamilə elektron formada aparılır.

