Avqustun 5-də Bakıda və ölkənin bir sıra rayonlarında polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah və sursatlar aşkarlanaraq götürülüb.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən tədbirlər nəticəsində 1 avtomat, 3 tapança, 11 tüfəng, odlu silahlar üçün 5 daraq, 1 mərmi və 3 patron aşkar edilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müəyyənləşdirilməsi və götürülməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirləri davam etdirirlər.

