Azərbaycan Sərhəd Qoşunlarının 1994–2001-ci illərdə keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
A. Novruzov bu gün 89 yaşında dünyasını dəyişib. Mərhumun cənazəsi sabah torpağa tapşırılacaq.
Abbasəli Novruzov 1937-ci ildə anadan olub və 57 il sərhəd mühafizəsi sistemində xidmət edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

