Sentyabrın 26-27-də Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, qərar sərnişin tələbatının artması ilə əlaqədar qəbul edilib.
Qeyd olunan istiqamətdə Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik qatar reysləri də mövcud cədvələ uyğun davam etdirilir.
Biletləri Bakı və Gəncə dəmir yolu vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

