Bu gün Azərbaycanda 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olunur.
Denmedia.az xatırladır ki, bu əlamətdar gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin dövrdə SSRİ rəhbərliyinin Qarabağ məsələsində Azərbaycana qarşı yürütdüyü siyasət ölkədə geniş etirazlara səbəb olub.
1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında (keçmiş Lenin meydanı) kütləvi mitinqlər başlayıb. Minlərlə insan meydana toplaşaraq Moskvanın siyasətinə etiraz edib.
Dekabrın əvvəlində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, bu hadisələr Azərbaycan xalqının milli-azadlıq mübarizəsində mühüm mərhələyə çevrilib.

