İspaniyanın “Barselona” klubu Belçikanın “Brügge” komandasında çıxış edən 22 yaşlı hücumçu Nikolo Trezoldini transfer etmək istəyir.
Bu barədə tanınmış futbol insayderi Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.
Kataloniya təmsilçisi almaniyalı futbolçunu uzunmüddətli perspektiv üçün nəzərdən keçirir. Lakin “Barselona” yanvar transfer pəncərəsində onu heyətinə qatmağı planlaşdırmır. Klubun əsas hədəfi müdafiə xəttini gücləndirməkdir.
Trezoldi bu mövsüm Belçika çempionatında keçirdiyi 11 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun “Brügge” ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
Gənc hücumçu ilə “Bavariya”, “Çelsi” və “Mançester Yunayted” klublarının da maraqlandığı bildirilir.

