“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanla bağlı qalmaqal daha üç şəxsin milyarder statusunu itirməsinə səbəb olub.
“Forbes” jurnalının məlumatına görə, şirkətin səhmlərinin ucuzlaşması nəticəsində “Nvidia”nın üç yüksəkvəzifəli əməkdaşı və keçmiş rəhbəri milyarderlər siyahısından çıxıb.
Bunlar şirkətin maliyyə direktoru və müvəqqəti baş icraçı direktoru Kolet Kress, keçmiş vitse-prezident Cey Puri və direktorlar şurasının üzvü Bruk Syueldir. Onların hər birinin sərvəti 300 milyon dollar azalaraq təxminən 900 milyon dollara düşüb.
Ən böyük maliyyə itkisini isə Censen Huan yaşayıb. Qalmaqaldan sonra onun sərvəti təxminən 62 milyard dollar azalaraq 145 milyard dollara enib.
Şirkətin direktorlar şurasının üzvləri Mark Stivens və Tenç Koks da milyardlarla dollar itiriblər. Onların sərvəti müvafiq olaraq 9,7 milyard və 7 milyard dollara düşüb.
Xatırladaq ki, Censen Huanın şəxsi həyatı ilə bağlı qalmaqaldan sonra “Nvidia”nın səhmləri kəskin ucuzlaşıb. Şirkət noyabrın 12-də onun baş direktor və direktorlar şurasının üzvü vəzifələrindən ayrıldığını elan edib.
Huan daha əvvəl casusluqda şübhəli bilinən qadınla münasibətləri barədə yayılan məlumatlardan sonra həyat yoldaşına xəyanət etdiyini etiraf edib. Bununla bağlı şirkət daxilində araşdırmaya başlanılıb.

