Kardioloq Kaustubh Dabhadkar ürək-damar sağlamlığı üçün ən zərərli qidalardan birinin kartof çipsləri olduğunu bildirib.
Həkim “Parade” nəşrinə müsahibəsində çipslərdən imtina etməyi və ya onların istehlakını minimuma endirməyi tövsiyə edib.
Onun sözlərinə görə, çipslər çoxlu yağda qızardılır, yüksək miqdarda duz və kalori ehtiva edir. Bu səbəbdən onların müntəzəm və həddindən artıq istehlakı ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.

Kardioloq bildirib ki, doymuş yağlar, transyağlar və rafinə edilmiş karbohidratlarla zəngin qidalanma qanda zərərli yağların və insulin səviyyəsinin artmasına səbəb ola bilər.
Bu amillər damar divarlarında xolesterinin toplanmasını sürətləndirərək damarların sərtləşməsinə və aterosklerotik lövhələrin yaranmasına şərait yaradır.

