Bakıda və Azərbaycanın bir sıra rayonlarında güclü küləklə bağlı sarı xəbərdarlıq elan edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 17-də Bakı və Abşeron yarımadasında, eləcə də Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba və Qusarda cənub-qərb küləyinin güclənəcəyi gözlənilir.
Küləyin sürəti saniyədə 13,9–20,7 metrə çatacaq.

