Avstriyalı məşhur fizik və riyaziyyatçı Haynts fon Försterin 66 il əvvəl dünyanın sonu ilə bağlı irəli sürdüyü proqnoz özünü doğrultmayıb.
“Euronews”un məlumatına görə, alim 1960-cı ildə nüfuzlu “Science” jurnalında dərc etdirdiyi məqaləsində 13 noyabr 2026-cı ili bəşəriyyət üçün “qiyamət günü” kimi göstərib.
Fon Förster son iki min ildə dünya əhalisinin artımını araşdıraraq insanların sayının getdikcə daha sürətlə çoxaldığını müəyyən edib. Onun hesablamalarına görə, həmin artım tempi dəyişməsəydi, 2026-cı ilin noyabrında Yer kürəsinin əhalisi nəzəri olaraq sonsuzluğa çatmalı idi.

Lakin alimin proqnozu gerçəkləşməyib. Çünki dünya əhalisinin artım sürəti sonrakı illərdə azalmağa başlayıb. İllik artım tempi 1963-cü ildə ən yüksək həddə çatıb, 2020-ci ildə isə həmin göstəricidən iki dəfədən çox aşağı düşüb.
BMT-nin proqnozuna əsasən, dünya əhalisinin sayı 2080-ci illərdə maksimum həddə çatacaq, bundan sonra isə azalmağa başlayacaq.

