Rusiyada atalarının qətlində ittiham olunan Xaçaturyan bacılarının vəkilləri cinayət işinə xitam verilməsini və bacıların bir-biri ilə ünsiyyət saxlamasına icazə verilməsini tələb edirlər.
Bu barədə TASS-a bacılardan birinin vəkili Mari Davtyan məlumat verib.
Onun sözlərinə görə, noyabrın 17-də Moskvanın Basmannı Rayon Məhkəməsi vəkil Yaroslav Pakulinin şikayətinə yeni hakim heyəti ilə yenidən baxacaq.
Müdafiə tərəfi bacılar barəsində tətbiq edilən qətimkan tədbirinin əsassız olduğunu bildirir və onların cinayət məsuliyyətindən azad edilməsini istəyir.
Vəkil hesab edir ki, ittihamın məhkəmədə perspektivi yoxdur və cinayət işinə bacılara bəraət verilməsinə əsas yaradan qaydada xitam verilməlidir.

