Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı əsir götürdüyü 600-ə yaxın şəxsi azadlığa buraxıb.
“Al Jazeera” telekanalının məlumatına görə, həmin şəxslər bu ilin yayından etibarən ölkədə yenidən şiddətlənən silahlı qarşıdurmalar zamanı əsir götürülüblər.
Hərəkatın əsirlərlə iş üzrə nümayəndəsi Əbdülqadir əl-Mürtəda bildirib ki, bu, Yəməndə 12 ildir davam edən müharibə ərzində birtərəfli qaydada həyata keçirilən ən böyük əsir azadetmə əməliyyatıdır.
Beynəlxalq Qızıl Xaç Komitəsi də əsirlərin azadlığa buraxıldığını təsdiqləyib.

