11 
sen
2023
19:31
222

Ağsuda 30-a yaxın sürücü məsuliyyətə cəlb edilib

11 sen, 2023
19:31
222

Ağsuda 30-a yaxın sürücü məsuliyyətə cəlb edilib -FOTO

Ağsuda qaydaları kobud şəkildə pozan avtonəqliyyat vasitələrinə qarşı tədbir  keçrilib.Keçrilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 30-yaxın sürücü barəsində inzibatl cərimələr tətbiq olunub.

"Den.az" xəbər verir ki,Ağsuda rayon polis şöbəsinin DYPB-nin əməkdaşları rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək eləcədə yol hərəkəti qaydalarını kobud çəkildə pozan  sürücülərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirib.

Tədbirlərin keçirməkdə əsas məqsəd baş verə biləcək avtonəqliyyat hadisələrin qarşısının alınması və sürücülərlə marifləndirici söhbətlərin aparılması eləcədə onlara yol hərəkəti qaydalarının izah olunmasından avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı nəzarətin gücləndirilməsindən ibarət olub.Bundan başqa keçrilən tədbirlər zamanı avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və avtomobilə əlavə konstruksiya edən avtomobilin nömrə nişanının yarasız vəziyyətdə idarə edən polisin dur əmrinə tabe olmayan ötmə əməliyyatını düzgün yerinə yetirməyən yük daşıma qaydasını pozan sürücülərdə DYPB-nin əməkdaşları tərəfindən aşkar olundu.Yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ümumilikdə 60 yaxın avtonəqliyat vasitəsi saxlanıldı və onlardan 30- yaxın avtonəqliyyat vasitəsinin sürücüsünə inzibati xətalar məcəlləsinə müvafiq maddəsinə uyğun olaraq protokollar tətbiq olundu.Qeyd edək ki, bu kimi tədbirlərin  Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.














Bizimlə əlaqə saxlayın

Çox oxunanlar