8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar qarşıdakı qeyri-iş günlərində ölkə yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bununla əlaqədar sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməyə və diqqətli olmağa çağırılır.
Sürücülərə səfərdən əvvəl avtomobillərin texniki vəziyyətini, xüsusilə əyləc sistemini, işıq cihazlarını və təkərləri yoxlamaq tövsiyə olunur.
Həmçinin sürət həddini aşmamaq, təhlükəli manevrlərdən çəkinmək, ara məsafəsini qorumaq, təhlükəsizlik kəmərindən istifadə etmək və sükan arxasında mobil telefonla diqqəti yayındırmamaq tövsiyə edilir.
Uzun məsafəli səfərlərdə yorğun və yuxusuz halda avtomobil idarə etməmək, mütəmadi fasilələr vermək və tələskənliyə yol verməmək tövsiyə olunur.
Piyadalara isə yolu yalnız müəyyən edilmiş yerlərdən keçmək, xüsusilə qaranlıq vaxtlarda və məhdud görünmə şəraitində diqqətli olmaq çağırışı edilib.
İdarə bayram günlərində bütün hərəkət iştirakçılarını məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə səsləyib.

