Pakistan Prezidenti Asif Əli Zərdari Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.
“Den.az” xəbər verir ki, bu barədə “Dawn” nəşri prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün baş verib.
Qeyd olunur ki, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb və tibbi müayinədən sonra ona gips qoyulub.
Pakistan liderinə tam istirahət təyin olunub. O, dörd həftə ərzində gips taxmalı olacaq.
Pakistan Prezidenti təyyarədən enərkən ayağını sındırdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.