“Koronovirus pandemiyası iqtisadiyyatdan ticarətə, təhlükəsizlikdən sosial həyata qədər bütün sahələrdə yeni problemlərə yol açıb. Ona görə də hazırda dünya və region çətin günlərdən keçir”.
Den.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Rusiya ilə Ukrayna arasındakı müharibə 2025-ci ilin fevralında dördüncü ilinə qədəm qoyacaq. İsrailin Qəzzaya hücumlarından isə 440 gün keçir.
Təbii ki, bütün müharibələr və böhranlar Türkiyəyə də təsirsiz ötüşmür. Amma Türkiyə buna rəğmən bölgənin açar ölkəsi rolunu oynayır. Xalq olaraq bir az da səbir etsək, bütün sahələrdə hədəflərimizə çatacağıq. Türkiyənin parlaq günlərini birlikdə görəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
Günəş Fərəh
Den.az
"Hazırda dünya və region çətin günlərdən keçir” - Ərdoğan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.