Nigeriyada yanvar ayından etibarən meningit xəstəliyindən ölənlərin sayı 156-ya yüksəlib.
Den.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Nigeriyada il ərzində 1858 meningit hadisəsi qeydə alınıb.
Bu xəstəlik epidemiyaya çevrilib və sürətlə yayılır. Dövlət xəstəliyin qarşısını almaq üçün yeni tədbirlər planı hazırlayıb.