Kamçatkanın (Rusiya) Milkovski bələdiyyə dairəsində Bezımyannı vulkanının püskürməsi ilə əlaqədar yüksək hazırlıq vəziyyəti elan edilib.
Den.az xəbər verir ki, bunu regional Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Sakinlərə zərurət olmadıqca çölə çıxmamaq tövsiyə olunur.
Məlumatda deyilir: "Kül buludları, alimlərin proqnozlarına rəğmən, başqa istiqamətdə - Kozırevsk kəndinə deyil, Milkovski bələdiyyə rayonuna doğru hərəkət edir".
Əhali üçün fərdi qoruyucu vasitələrin paylaanması üçün məntəqələrin açılması nəzərdə tutulur, sakinlərə Milkovski rayonuna getməmək tövsiyə edilir.
Bezymyannı vulkanı aprelin ortalarında püskürməyə başlayıb, lakin bir neçə gündən sonra onun fəaliyyəti səngiməyə başlayıb. Aprelin 24-də vulkan yenidən fəallaşıb, bir neçə saat ərzində ən azı beş kül emissiyası, o cümlədən biri 11 km hündürlüyə çatıb.