Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiya Federasiyasına iki günlük işgüzar səfər edəcək.
Den.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı məlumata görə, səfər çərçivəsində Paşinyan Rusiya Federasiyasının Altay Respublikasında keçiriləcək
Təbiətin və Ətraf Mühitin Mühafizəsinə dair Beynəlxalq Konfransda iştirak edəcək.
Erməni nəşrinin yaydığı digər məlumata görə, himayəsində olan qərbpərəstlərə daha fəal olmağa və Rusiyaya qarşı sərt hərəkətlərə başlamağı əmr edib.
Nəşrin iddiasına görə, bütün sorğular göstərir ki, zaman təkcə hakimiyyətin deyil, həm də qərbpərəstlərin reputasiyasına qarşı işləyir.
"Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun son sorğularına görə, qərbyönlü seçicilərin sayı təxminən 10 faiz azalıb.
"Aİ-yə üzvlüklə bağlı referendum gələn bazar gününə təyin edilsəydi, sadə vətəndaşlar necə səs verərdi?" sualına cavabda respondentlərin 49 faizi lehinə, 15 faizi isə əleyhinə, 31 faizi isə ümumiyyətlə səs verməyəcəyini bildirib.
Ötən ilin sentyabrında keçirilən eyni sorğu ilə müqayisədə Ermənistanda Aİ-yə üzvlük tərəfdarlarının sayı təxminən 10 faiz azalıb.
Bu arada Paşinyanın qarşıdan gələn seçkilərə ümidi Avropayönlü ittifaqdır ki, o, seçkidən sonrakı koalisiya sayəsində hakimiyyətdə qalmağa ümid edə bilər.
Müvafiq olaraq, yaxın gələcəkdə özünü qərbyönlü adlandıran qruplar aktiv anti-Rusiya hərəkətləri həyata keçirəcək, məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi gün - avqustun 23-də Gümrüdə 102-ci hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə nümayiş keçirməyə hazırlaşırlar", -deyə erməni qəzeti davamında yazır..