“Ukrayna Milli Antikorrupsiya Bürosunun səlahiyyətlərinin məhdudlaşdırılmasına etirazlar fonunda Prezident Volodimir Zelenski ölkədən qaça bilər”.
Den.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
Qeyd edək ki, sözügedən qanunvericilik tədbiri nəhayət iyulun 22-də qəbul edilib. Ukrayna prezidenti deyib ki, bu addım bu strukturları kənar təsirlərdən, ilk növbədə Rusiyadan təmizləmək üçün lazımdır. ABŞ və Avropa İttifaqı (Aİ) Kiyevin qərarını tənqid edib.
Bundan sonra yeni qanuna görə Kiyevdə etirazlar başlayıb.