30 
sen
2023
16:27
209

"Bu fikirlər təhdid elementləri və qarşı tərəfə mesaj vermək xarakteri daşıyır" - Nüvə AÇIQLAMASI

30 sen, 2023
16:27
209

"Bu fikirlər təhdid elementləri və qarşı tərəfə mesaj vermək xarakteri daşıyır" - Nüvə AÇIQLAMASI

“Yaxın gələcəkdə Ukraynadakı savaşın bitməsi ilə bağlı konkret tarix söyləmək mümkün deyil. Savaşın gedişatı hələlik tərəflərdən heç birinin həlledici üstünlüyə malik olmadığını göstərir. Müharibənin nə zaman bitəcəyi bəlli olmadığından nüvə silahının istifadəsi ilə bağlı səslənən ehtimallara da şübhə ilə yanaşıram”.

Bu fikirləri “Den.az”a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə bu cür iddiaların ortaya atıldığının şahidi olmuşuq: “Xüsusilə də Rusiyanın Ukrayna savaşında məğlubiyyətlə üzləşəcəyi təqdirdə nüvə silahına əl atacağı haqda fikirlər səsləndirilib.

Təbii ki, bu, ən az ehtimal olunan variantlardan biridir. Çünki nüvə silahından istifadə etmək heç də asan məsələ deyil. Eyni zamanda Rusiya ilə münasibətləri olan və ona təsir etməyi bacaran Çinin də nüvə silahından istifadə ilə bağlı mövqeyi bəllidir. Çinin mövqeyi bundan ibarətdir ki, heç bir halda nüvə silahından istifadə olunmasın. Ona görə də, Qərb analitiklərinin bu fikirləri Rusiya ilə bağlı ictimai rəyi çaşdırmağa və Avropa dairələrini müəyyən qədər ehtiyatlı davranmağa sövq etməyə hesablanıb”. 

Politoloqun sözlərinə görə, bütün hallarda yaxın gələcəkdə Ukraynadakı savaşın bitməsi ilə bağlı konkret tarix söyləmək mümkün deyil: “Savaşın gedişatı hələlik tərəflərdən heç birinin həlledici üstünlüyə malik olmadığını göstərir. Müharibənin nə zaman bitəcəyi bəlli olmadığından nüvə silahının istifadəsi ilə bağlı səslənən ehtimallara da şübhə ilə yanaşıram. Sadəcə olaraq nüvə silahından istifadə ilə bağlı Rusiya tərəfdən səslənən fikirlər daha çox təhdid elementləri və qarşı tərəfə mesaj vermək kimi qiymətləndirilə bilər”.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar