Rusiya bölmələri Pokrovskın cənub-şərqindəki Çunaşino kəndi ərazisində Ukrayna silahlı qüvvələrinin müdafiəsini yarıb.
Denmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, rus qoşunlarının hücum qrupları nəinki müdafiə xəttini yarıb, həm də cəbhənin bu hissəsində nəzarət zonasını genişləndirib.
Qeyd olunur ki, Ukrayna tərəfi bu sahədə xeyli itki verib.
Bundan başqa Rusiya ordusu son 24 saat ərzində Zaporojya vilayətinin 13 yaşayış məntəqəsinə 474 zərbə endirib. Atışma nəticəsində bir qadın həlak olub, biri isə yaralanıb.
Bu barədə "Telegram" kanalları məlumat yayıb.
Bildirilir ki, müxtəlif modifikasiyalı 336 PUA (əsasən FPV) Zaporojya, Veselyanka, Primorskoye, Plavni, Qulyaipole, Orexov, Uspenovka, Şerbaki, Novodanilovka, Novoandriivka, Malaya Tokmaçka, Çarivne və Çervoneyə hücum edib.
Qeyd edək ki, mənzillərə, fərdi evlərə və yardımçı tikililərə dəyən ziyanla bağlı 17 məlumat daxil olub.Publika.az