Özbəkistanda minimum pensiya yaşı artırılacaq.
Denmedia.az xəbər verir ki, bu barədə ölkənin Pensiya Fondunun icraçı direktoru Murodbek Otajonov bildirib.
Pensiya islahatı layihəsinə əsasən, kişilər üçün pensiya yaşının hazırkı 60-dan 63-ə, qadınlar üçün isə 55-dən 58-ə yüksəldilməsi nəzərdə tutulur. Proses mərhələli şəkildə - hər il yarım il əlavə edilməklə həyata keçiriləcək.