Filippin sahillərində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 60 nəfərə yüksəlib.
DenMedia.az xəbər verir ki, bu barədə ölkənin vətəndaş müdafiəsi idarəsinin müavini Bernardo Alehandro GMA News telekanalına məlumat verib. Alehandro bildirib ki, ölənlərlə bağlı məlumatlar artmaqda davam edir:
“Biz 60 nəfərin həlak olması ilə bağlı məlumat aldıq,” — deyə o vurğulayıb.
Hazırda xilasetmə və dağıntıların qiymətləndirilməsi işləri davam etdirilir.

