Finlandiya Beynəlxalq Münasibətlər İnstitutu (FIIA), ölkə prezidenti Aleksandr Stubbin oğlu Oliver Stubbin institutda təcrübəçi kimi işə götürülməsi ətrafında yaranan qalmaqaldan sonra imic itkisinin qarşısını almaq üçün 10 min avrodan çox vəsait xərcləyib.
DenMedia.az xəbər verir ki, bu barədə Yle telekanalı məlumat yayıb.
İddialara görə, təcrübəçi seçimi zamanı ilkin tələblər dəyişdirilib, bu da Böyük Britaniyada təhsil alan Oliverə vəzifəyə qəbul olunmaq imkanı yaradıb.
Aina Advisors adlı konsaltinq şirkəti instituta reputasiyanın idarə olunması ilə bağlı strateji tədbirlər paketi hazırlayıb. Paketə iki strateji görüş, tövsiyələr və mümkün suallara cavab verən sənəd daxil olub.
Qalmaqalla bağlı Finlandiya Parlament Ombudsmanı araşdırma başladıb. İnstitut təcrübəçi seçiminin səbəblərinə dair ətraflı hesabatı oktyabrın ortalarına qədər təqdim etməlidir.

