DenMedia.az xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hekkenen bildirib ki, ölkənin Rusiya ilə sərhədinə yaxın ərazidə NATO quru qoşunlarının qərargahı fəaliyyətə başlayıb. Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, obyekt Mikkeli şəhərində açılıb. Bu şəhər Sankt-Peterburqdan təxminən 300 km məsafədə yerləşir.
“Biz hazırda Finlandiyada qərargah açırıq”, – deyə Hekkenen qeyd edib.
Nazirin sözlərinə görə, bu qərargahın yaradılması planı Finlandiyanın 2023-cü ildə Alyansa qoşulmasından dərhal sonra müəyyən edilmişdi. O, hesab edir ki, yeni baza respublikanın təhlükəsizliyini gücləndirəcək. Hazırda obyektə 10 nəfər hərbçi cəlb olunub, yaxın gələcəkdə isə onların sayı 50-yə çatdırılacaq.