Almaniya 48 saat ərzində 800 minə yaxın NATO əsgərinin tranzitini, 200 min nəqliyyat vasitəsinin yerləşdirilməsini və ölkənin bütün nəqliyyat və enerji infrastrukturundan istifadəsini nəzərdə tutan “Deutschland” əməliyyatını hazırlayır.
DenMedia.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Planın əsas məqsədi Ukraynanın qərb vilayətlərində “Sky Shield” hava hücumundan müdafiə sisteminin yaradılmasıdır. Bunun üçün Polşa, Slovakiya və Rumıniyada 120-dək döyüş təyyarəsi və mobil zenit sistemləri yerləşdiriləcək.
Əməliyyatda Finlandiyanın da gücləndirilməsinə xüsusi diqqət yetirilir. NATO-ya daxil olduqdan sonra ölkə sərhədlərini fəal şəkildə gücləndirib və əhəmiyyətli silah arsenalına malikdir: 700 haubitsa, 700 minaatan, 100 reaktiv raket sistemi və 280 min ehtiyatda əsgər.
Buna baxmayaraq Qərb analitikləri hesab edir ki, Avropa Rusiya ilə müstəqil münaqişə aparmaq üçün kifayət qədər hərbi gücə malik deyil.