Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya rəhbəri Kim Çenin yaxınlaşması Qərb üçün ciddi təhlükə yaradır.
DenMedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşrinin təhlilində bildirilib.
Qeyd olunub ki, Cinpin “qiyam oxu” adlandırdığı bu üçlüyünü Qərbə qarşı vahid ittifaq halına gətirib.
Məlumata görə, NATO ayrı-ayrılıqda Rusiya , Çin və ya Şimali Koreyanı üstələyə bilsə də, onların birləşmiş qüvvələri say və silah baxımından üstündür. NATO-nun 32 üzvünün ümumi hərbi arsenalı 3 milyon aktiv əsgər, 14 mindən çox tank və 4200 nüvə başlığı təşkil edir. Lakin Rusiya, Çin və Şimali Koreyanın birgə gücü 5 milyona yaxın aktiv əsgər və 6 mindən çox nüvə başlığı ilə daha üstün hesab olunur.
Təhlildə bildirilib ki, 3 ölkənin ordusu istənilən döyüşə hazırdır və təlimlərdə fəal iştirak edirlər. Avropa ölkələri ehtimal müharibə ssenarisinə qarşı sərhəd təhlükəsizliyini gücləndirir, Almaniya və Fransa isə yaxın illərdə müdafiə xərclərini artırmağı planlaşdırır. Ekspertlər xəbərdarlıq edirlər ki, Avropanın nüvə arsenalını artırması zəruridir.
NATO baş katibi Mark Rutte isə bildirib ki, Rusiya və Çinin eyni vaxtda hücumu dünyanı tarixi sınaq qarşısında qoya bilər. Globalinfo.az