ABŞ Prezidenti Donald Trampın administrasiyası 2026-cı il üçün ölkəyə qaçqın qəbulunun rekord səviyyədə azaldılmasını – cəmi 7,5 min nəfərlə məhdudlaşdırılmasını nəzərdən keçirir.
DenMedia.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yeni limit çərçivəsində yerlərin əhəmiyyətli hissəsi Cənubi Afrika Respublikasının ağdərili əhalisi və “ədalətsiz ayrı-seçkiliyə məruz qalan” digər qruplar üçün ayrılacaq.
Xatırladaq ki, əvvəlki administrasiya – Co Bayden dövründə bu limit 125 min nəfər səviyyəsində müəyyən edilmişdi.
Lakin büdcə böhranı və hökumətin bağlanması (şatdaun) səbəbindən qərarın qəbul edilməsi təxirə salınıb. NYT-nin mənbəsi qeyd edib ki, Konqres yeni maliyyələşdirmə ilə bağlı razılığa gəlməyincə, ABŞ yeni qaçqın qəbul etməyəcək.