ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinə Rusiya hava məkanından istifadəyə məhdudiyyət qoymağı nəzərdə tutan prezident fərmanı layihəsini hazırlayıb.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sənədin məqsədi Amerika və Çin aviaşirkətləri arasında yaranmış rəqabət bərabərsizliyini aradan qaldırmaqdır.
2022-ci ildən sonra ABŞ aviaşirkətlərinə Rusiya ərazisi üzərindən uçuş həyata keçirmək qadağan olunub, lakin Çin şirkətləri bu marşrutdan istifadəni davam etdirirlər, bu da onlara vaxt və yanacağa qənaət etməyə imkan verir.
Qadağanın tətbiqi təşəbbüsü ABŞ prezidenti Donald Tramp administrasiyasına məxsusdur.
Ağ Ev hesab edir ki, mövcud vəziyyət xarici aviaşirkətlərə “əhəmiyyətli üstünlük” yaradır və bu qaydaların yenidən nəzərdən keçirilməsini zəruri edir.