DenMedia.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bazar ertəsi “İmedi”, “Maestro” və GDS telekanallarının təxminən 45 dəqiqəlik efirdən çıxması ilə bağlı “diversiya” maddəsi üzrə istintaqa başlayıb.
“Teleradio yayımı təxminən 45 dəqiqə müddətinə dayandırılıb. Hazırda diversiya faktı ilə bağlı araşdırma aparılır,” — deyə DTX-nin açıqlamasında bildirilir.
“İmedi” telekanalı yayımladığı bəyanatda hadisənin qəsdən törədilmiş ola biləcəyini istisna etməyib və hüquq-mühafizə orqanlarının araşdırmasını tələb edib.
Hazırda bütün üç telekanalın yayımı bərpa olunub.