Bild qəzetinin yazdığına görə, Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsaslanaraq filtrli siqaretlərin və elektron siqaretlərin qadağan edilməsini planlaşdırır.
“Filtrli siqaretlərin istehsalı, idxalı və satışının qadağan olunması tütün istifadəsinin azaldılmasına mühüm töhfə verəcək. Elektron siqaretlərin qadağası da əlavə tənzimləmə variantıdır,” — deyə Avropa İttifaqı Şurasının qətnamə layihəsində bildirilir.
Layihədə həmçinin vurğulanır ki, ÜST tədqiqat qrupu siqaretlərin dadını və cazibəsini azaldan filtrlərin tam qadağasını tövsiyə edib.
Hazırda Almaniyada satılan siqaretlərin 95%-i filtrlidir — bu isə belə tənzimləmənin praktiki olaraq siqaretin tam qadağası demək olacağını göstərir.