Yaponiyanın parlamentinin aşağı palatası Sanaa Takaitini ölkənin 104-cü baş naziri seçib.
Denmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Takaiti Yaponiyanın tarixində bu posta gələn ilk qadın baş nazir olub.
Səsvermənin nəticələrinə əsasən, o, 465 deputatdan 237-nin səsini qazanıb və birinci turda qalib gəlib.
Əsas rəqibi – Konstitusiya Demokrat Partiyasının lideri Yosixiko Noda isə 149 səs toplayıb.
Səsvermədən bir gün öncə parlamentdə çoxluğa malik olmayan Liberal Demokrat Partiyası (LDP) mühafizəkar “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası ilə ittifaq yaradıb, bu da Takaitinin seçilməsini təmin edib.