Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) yeni sədrini seçib — 64 yaşlı Sanae Takaiti.
DenMedia.az xəbər verir ki, əgər parlament onun namizədliyini təsdiqləsə, Takaiti Yaponiyanın tarixində ilk qadın baş nazir olacaq.
Partiyanın rəhbərliyinə növbədənkənar seçkilər əvvəlki sədrin – həm də hazırkı baş nazirin istefasından sonra keçirilib. O, qərarını partiya daxilində parçalanmanın qarşısını almaq zərurəti ilə izah edib.
Keçmiş baş nazir, həmçinin, ABŞ administrasiyası ilə ticarət sazişi üzrə danışıqlar başa çatmadan istefa verməyi planlaşdırmadığını, lakin vəziyyətin onu buna vadar etdiyini bildirib.