Denmedia.az xəbər verir ki, Ukrayna Ali Radası hərbi vəziyyət rejimini daha 90 gün müddətinə — 2026-cı il fevralın 3-dək uzadıb.
Müvafiq sənəd prezident Vladimir Zelenski tərəfindən təqdim edilib və bugünkü parlament iclasında müzakirə olunub.
Təqdimatı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov edib.
Müzakirələrdən sonra sənəd deputatlar tərəfindən təsdiqlənib.
Beləliklə, Ukraynada hərbi vəziyyət 2025-ci il noyabrın 5-dən 2026-cı il fevralın 3-dək qüvvədə olacaq.